LAYİHƏNİN İDEYASI
Yeni il, Milad, Pasxa, Maslenitsa, karnavallar, festivallar, paradlar, ad günləri, toylar ... Siz bayramları sevirsinizmi? Necə fikirləşirsiniz, müxtəlif ölkələrin, şəhərlərin, kəndlərin sakinləri, müxtəlif ailələr, bu və ya digər bayramları sevirlərmi? Bu və ya digər bayramın keçirilməsinin neçə variantı mövcuddur?
Əgər siz bu suallara cavab tapmaq və ümumi bayramların atmosferinə daxil olmaq istəyirsinizsə,
əgər siz öyrəndiyiniz xarici dil ölkəsinin mədəniyyəti ilə dərindən tanış olmaq və xarici həmyaşıdlarınıza ölkənizin adət-ənənələri haqqında danışmaq istəyirsinizsə,
əgər siz yeni texnologiyalardan istifadə edərək, ünsiyyət yaratmaq istəyirsinizsə,
əgər siz İnternet şəbəkəsində müxtəlif servislərlə işləməyi öyrənmək istəyirsinizsə,
əgər siz kollektiv hiperkeçid mövzuların yaradılmasinda müəyyən vərdişlər əldə etmək istəyirsinizsə,
əgər siz öz şəxsi yaradıcılıq qabiliyyətinizi üzə çıxarmaq istəyirsinizsə,
bizim layihəyə qoşulun!
Başqa ölkələrin xalqlarının bayramları barədə daha çox öyrənirik və özümüzün birgə sevdiyimiz bayramları haqqında danışarıq!
Kim layihənin iştirakçisi ola bilər?
Layihənin iştirakçısı kimi müasir texnologoyalarla məşgul olan, özlərinin xarici dil müəllimləri ilə birgə, ingilis, fransız və ya alman dilini öyrənən, 5-11-ci sinif şagirdləri ola bilər. Bütün arzu edənlərə məmnun olarıq!
|
Layihənin mərhələləri
1-ci mərhələ - "Gəlin tanış olaq!" (01.09-10.09)
Layihənin Bloqunda komandaların qarşılıqlı salamlaşması. Bloqda videosalamlaşma, fotoalbom, təqdimat yerləşdirmək olar. Yaradıcı yanaşma alqışlanır.
Mərhələlərin hər birində müxtəlif bayramlar haqqında danışmaq olar yaxud öz ölkənin və dilini öyrəndiyiniz ölkənin oxşar bayramlarla bağlı paralellər aparmaq.
2-ci mərhələ - "Mənim ölkəmin və dilini öyrəndiyim ölkənin dövlət bayramları" (11.09-24.09)
3-cü mərhələ - "Mənim ölkəmin və dilini öyrəndiyim ölkənin dini bayramları" (25.09-08.10)
4-cü mərhələ - "Mənim ölkəmin və dilini öyrəndiyim ölkənin sevimli ailə bayramları" (09.10-22.10)
5-ci mərhələ - Yekunlaşdirma (23.10-27.10)
|