Bayram istəyirik şəbəkə layihəsi

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск



"BAYRAM İSTƏYİRİK!" LAYİHƏSİ
Layihənin müəllifi və əlaqələndiricisi:Zabotina İrina Nikolayevna



LAYİHƏNİN İDEYASI

Yeni il, Milad, Pasxa, Maslenitsa, karnavallar, festivallar, paradlar, ad günləri, toylar ... Siz bayramları sevirsinizmi? Necə fikirləşirsiniz, müxtəlif ölkələrin, şəhərlərin, kəndlərin sakinləri, müxtəlif ailələr, bu və ya digər bayramları sevirlərmi? Bu və ya digər bayramın keçirilməsinin neçə variantı mövcuddur?

Əgər siz bu suallara cavab tapmaq və ümumi bayramların atmosferinə daxil olmaq istəyirsinizsə,

əgər siz öyrəndiyiniz xarici dil ölkəsinin mədəniyyəti ilə dərindən tanış olmaq və xarici həmyaşıdlarınıza ölkənizin adət-ənənələri haqqında danışmaq istəyirsinizsə,

əgər siz yeni texnologiyalardan istifadə edərək, ünsiyyət yaratmaq istəyirsinizsə,

əgər siz İnternet şəbəkəsində müxtəlif servislərlə işləməyi öyrənmək istəyirsinizsə,

əgər siz kollektiv hiperkeçid mövzuların yaradılmasinda müəyyən vərdişlər əldə etmək istəyirsinizsə,

əgər siz öz şəxsi yaradıcılıq qabiliyyətinizi üzə çıxarmaq istəyirsinizsə,

bizim layihəyə qoşulun!


Başqa ölkələrin xalqlarının bayramları barədə daha çox öyrənirik və özümüzün birgə sevdiyimiz bayramları haqqında danışarıq!


Клоуны.jpg


Kim layihənin iştirakçisi ola bilər?


Layihənin iştirakçısı kimi müasir texnologoyalarla məşgul olan, özlərinin xarici dil müəllimləri ilə birgə, ingilis, fransız və ya alman dilini öyrənən, 5-11-ci sinif şagirdləri ola bilər. Bütün arzu edənlərə məmnun olarıq!


Layihənin mərhələləri

1-ci mərhələ - "Gəlin tanış olaq!" (01.09-10.09)


Layihənin Bloqunda komandaların qarşılıqlı salamlaşması. Bloqda videosalamlaşma, fotoalbom, təqdimat yerləşdirmək olar. Yaradıcı yanaşma alqışlanır.


Mərhələlərin hər birində müxtəlif bayramlar haqqında danışmaq olar yaxud öz ölkənin və dilini öyrəndiyiniz ölkənin oxşar bayramlarla bağlı paralellər aparmaq.

"Давайте познакомимся!" (hər bir komanda slayd-şouya 2 fotoşəkil yerləşdirir: komandanın fotoşəkli + "bayram" fotoşəkli. Kollektiv slayd-şounun redaktəsini öyrənirik!)

2-ci mərhələ - "Mənim ölkəmin və dilini öyrəndiyim ölkənin dövlət bayramları" (11.09-24.09)


14jul.jpg


3-cü mərhələ - "Mənim ölkəmin və dilini öyrəndiyim ölkənin dini bayramları" (25.09-08.10)


Mariegalette2s.jpg


4-cü mərhələ - "Mənim ölkəmin və dilini öyrəndiyim ölkənin sevimli ailə bayramları" (09.10-22.10)


Birthda.jpg


5-ci mərhələ - Yekunlaşdirma (23.10-27.10)

Layihənin yekun məhsulu

"Bayramların ensiklopediyası", viki-məqalələrdən, təqdimatlardan, bukletlərdən, veb-albomlardan, videoçarxlardan, bloqlardan və s.ibarət


Layihənin dili- azərbaycan, rus, fransızcadır. Digər dillərdə də yazılma ehtimalı var. Materiallar müxtəlif dillərə tərcümə oluna bilər.


Sizin məqalələrinizdə aşağıdakı informasiyalar olmalıdır:

  • bayramın tarixi;
  • bayramın adət-ənənələri;
  • bayramın xüsusiyyətləri (atributları, kostyumları, hədiyyələri, yeməkləri, mahnıları, bayram etmənin üsulları və s.);
  • dilini öyrəndiyimiz ölkə ilə öz ölkəmizdə keçirilən bayramın qeyd olunmasında fərqlilik;
  • bayram sizin şəhərdə (kənddə), tədris ocağında və ya ailələrinizdə necə keşir.

Yerinə yetirilmiş işlər, fotoşəkillər, açiqcalar, mahnılar, şerlər və s. uyğun sosial xidmətlərdə yerləşdirilir və layihənin yekun səhifəsinə keçidlər (bağlantılar) qoyulur.

Salnamədə dərc edilmiş məqalələri KATEQORİYALARLA QEYD ETMƏYİ UNUTMAYIN:

[[Категория:Xarici dil]],
[[Категория:Adət-ənənə]],
[[Категория:Bayram istəyirik layihəsi]],
[[Категория:300 İnteLlektual məktəb]].


Layihənin nəticələrinin qiymətləndirmə kriteriyaları

Весы знак зодиака.jpg



  • Hər bir mərhələ ayrılıqda qiymətləndirilir.


  • Hər bir mərhələdən sonra layihənin bloqunda müzakirə aparmaq, Göstərilən qiymətləndirmə kriterilərinə əsasən öz komandanın işlərinin və digər komandaların işlərinin qiymət göstəriciləri olan. Bunun üçün əlavə 5 bal almaq olar.


  • Öyrənən xarici dildə təkrarlanan layihə materialları da həmçinin əlavə 5 bal alır.




Layihənin "Gəlin tanış olaq!" adlı 1-ci mərhələsinin qiymətləndirmə kriteriyası


Mərhələlər üzrə işlərin qiymətləndirmə kriteriyaları



Layihənin keçirilmə müddəti

Keçirilmə müddəti, 2008-ci ilin 25 avqustdan 27 oktyabra qədərdir.

Календарь проекта Google

Layihədə ünsiyyət

Блог проекта|Layihənin bloqu



Layihənin metodiki materialları

VikiManiya-məktəb komandaları üçün metodiki tövsiyyə

Minimal VikiViki lüğəti

Sosial xidmətlər

Layihənin yekunu

Bu səhifədə:

  • siz öz işlərinizi yerləşdirəcək və layihədə iştirakçı-komandaların işlərini görəcəksiniz;
  • hər bir mərhələnin və ümumi layihənin yekununu görəcəksiniz.

Layihənin yekunu


Layihənin yekunu

İndi isə birlikdə "Bayramlar ensiklopediyası" yaradaq.


Россия Франция Великобритания Германия Азербайджан Португалия.png



Layihənin yekunlarına əsasən komandalara şəbəkə layihəsində iştirakçı Şəhadətnaməsi və qaliblərə Diplom göndəriləcək.



Layihənin Veb 2.0

  • Скрибд - Məqalə və təqdimat fayllarının yerləşdirilməsi
  • Панорамио - Şəkillərin şəbəkədə yerləşdirilməsi və görüntünün coğrafi xəritədə uzlaşması

Layihə iştirakçıları

Qeydiyyat üçün komandanızı Layihə iştirakçılarının qeydiyyat cədvəlinə qeyd etməyiniz vacibdir. Komandanızın Vizit kartına keçid olma şərtilə.


Работы участников проекта, выполненные на азербайджанском языке, курирует Almaz Hasret

Персональные инструменты
Инструменты