Праздник "Новруз"

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Версия от 12:21, 24 февраля 2009; Aygun Azizova A. (обсуждение | вклад)

(разн.) ← Предыдущая | Текущая версия (разн.) | Следующая → (разн.)
Перейти к: навигация, поиск

Bu gün Su çərşənbəsidir!

Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi Çərşənbədir. Dörd çərşənbənin ilki sudan başlayır. Bu gün Su çərşənbəsidir. Niyə məhz su? Deyirlər Tanrımız hər şeydən qabaq suyu yaradıb. Su həyat mənbəyidir, su müqəddəsdir. Su çərşənbəsində qızlar axşamdan əllərinə, ayaqlarına xına yaxar, tellərini darayar, bəzənib-düzənərdilər. Məxsusi olaraq, qabaqcadan bayram üçün aldıqları təzə paltarlarını geyinər, səhər tezdən bəzəkli dolça, güyüm, sənəklərini çiyinlərinə alıb bulaq başına gedərlər. Qız ürəyi kimi təmiz, büllur kimi saf, hava kimi şəffaf, buz kimi sərin suyun rəmzi olan Su çərşənbəsi axşamı süfrəyə pak, təmiz, müqəddəs su qoymaq lazımdır. Qızlar bulaqdan gətirdikləri sudan evin ətrafına, dövrəsinə səpərlər. Böyüklü-kiçikli hamı bu sudan üzünə çiləyər. Tonqalı, lopanı Od çərşənbəsində alışdırsalar da, Su çərşənbəsi də odsuz-ocaqsız olmaz. Çünki Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Novruzla bağlı xalq oyunlarının, yanıltmacların ayağı Su çərşənbəsindən başlar. Məsələn: "Ay çərşənbə, sən mənimlə çərşənbələşsən də, mən səninlə çərşənbələşəcəyəm, çərşənbələşməsən də". Hər kəs öz darvazasının önündə, həyətində xırda tonqallar qalayar, yumurta döyüşdürər. Hər çərşənbənin öz xörəyi, öz xonçası var. Su çərşənbəsi xonçasında bulaqdan, quyudan, kəhrizdən piyada gətirilmiş pak, təmiz su mütləq olmalıdır. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, ləbləbi - kişmiş, çətənəli, küncütlü, fındıqlı-qozlu qovurğa qoyarlar. Yaşlıları da unutmazlar. Onlar üçün qovurğadan qovut çəkər, üstünə bəkməz və ya bal tökərlər. Hər xanım öz zövqünə görə xörək bişirər: südlüplov, qaysavaplov, lobyaçilov... İlk çərşənbədən başlayaraq, axşam çağı heç kəsə ələk, maya, od verməzlər. Vacib olsa, diləyə gələnin başından kəlağayısını, yaylığını götürüb, sonra verərlər. Çərşənbələrdə yas yerinə, hüzürə, qəm evinə, qəbr üstünə getməzlər.

Персональные инструменты
Инструменты