Azərbaycan/Respublika günü

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск
Aze.gif

Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş edti. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M. Ə. Rəsulzadə, F.X. Xoyski, N. Yusifbəyli, Ə. Topçubaşov, H. Ağayev və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər.

Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də elan edilmiş prinsiplər- Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin -amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nın beynəlxalq nüfuzunu artırdı. "İstiqlal Bəyannaməsi" Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

"İstiqlal Bəyannaməsi" bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda dümokratik idarə üsulunun - parlamentli respublikanın yaradıldığını xəbər verirdi. Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsindən yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Rus generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasında rəqabət son həddinə çatmış, bütün Cənubi Qafqaz üçün yeni təhlükə - bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü üç mərhələyə bölmək olar: Tiflis dövrü (1918 28 may-16 iyun); Gəncə dövrü (1918 16 iyun-16 sentyabr); Bakı dövrü (1918-ci il 17 sentyabr - 1920-ci il 28 aprel). Bu müddət ərzində dövlət quruculuğunun bütün sahələrində çox mühüm tədbirlər həyata keçirildi. AXC-nın mövcudluğu dövründə beş hökumət kabineti fəaliyyət göstərmişdir. Bunların üçünə F.X.Xoyski, ikisinə isə N. Yusifbəyli başçılıq etmişdir.

Azərbaycanın üç rəngli , ay-ulduzlu dövlət bayrağı qəbul edildi. Azərbaycan-türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi.

Bakı Dövlət Universiteti fəaliyyətə başladı. İlk milli muzey- "İstiqlal" muzeyi təşkil olundu. Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi.

Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəbrayıl adlandırıldı. Azərbaycan Milli ordusu və hərbi dəniz donanması təşkil olundu.

Ölkəmizin ərazi bütövlüyü qorunub saxlandı.

Персональные инструменты
Инструменты