Beynəlxalq Ahıllar Günü

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

Yaşadığımız cəmiyyət hamı üçündür.

Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində iştirak etməlidirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir.

Cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq olmaz.

Ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi, həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir.

BMT-nin inkişaf proqramında son illər ərzində ahıllar problemi geniş yer tutur.

2002-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisinin keşirilməsi də buna misaldır.

Bu Ümumdünya tədbirində belə bir fikir səsləndi ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir.

Adı-sanı, nəcib əməlləri ilə tanınan, bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmətə layiqdirlər.

İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını söyləmək səhv olardı.

Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunurlar. Onlara cavanlar da, böyüklər də hörmətlə yanaşır, fikirləri ilə hesablaşırlar. Qocaların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür.

Böyük Britaniyanın baş naziri U.Çörçill, Almaniyanın federal kansleri K. Adenauer, Fransanın prezidenti Şarl de Qoll, Çin islahatçılığının atası Den Syaopin və nəhayət, ümummilli liderimiz Heydər Əliyev kimi yaşa dolmuş görkəmli siyasətçi və dövlət xadimləri öz ölkələrini müvəffəqiyyətlə idarə etmişlər.

Bu fakt bir daha sübut edir ki yaşlı, ahıl insanların təcrübəsi əvəzolunmazdır.

BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.

Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.

1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.

Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə Respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir.

Персональные инструменты
Инструменты
Акция ВЫХОДИ В ИНТЕРНЕТ 2015

организаторы проекта
PH International
www.Iteach.ru
Корпорация Intel
Компания ТрансТелеКом