Azərbaycan/6 noyabr-Televiziya və Radio İşçiləri Günü

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

6 noyabr-Televiziya və Radio İşçiləri Günü

Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur.

Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür.

1895-ci ildə rus fiziki A.S.Popov rsdioqəbuledici və radioötürücü aparatı icad etmişdir.

Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir.

O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir.

Televizorun (yunanca "tele"-uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası isə bir qədər sonraya-XX əsrin 20-30-cu illərinə təsadüf edir.

1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi.

30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı.

İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur.

1939-cu ildə ABŞ mühəndisləri A.Roze və X.Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi.

Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı.

Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır.

Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır.

Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı.

Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır.

Azərbaycan mastəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artmışdir. Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı ANS, Lider, Speys, Azad Azərbaycan, Bürc FM kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar.

2005-ci il avqustun 31-də İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha da genişləndirmişdir.

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Персональные инструменты
Инструменты
организаторы проекта
Компания ТрансТелеКом
Корпорация Intel
PH International
www.Iteach.ru