Azərbaycan/Novruz bayramı

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

Novruz bayramı

Novruz” bayramı Nuh peyğəmbərin adı ilə bağlı olaraq “Nuhun ruzisi”, qisaldilmiş halda isə "Nuh Ruz" kimi başa düşülməlidir. Yəni bu gün, Nuh peyğəmbərin üzünə baxıb, tanrının insanlara bəxş etdiy ruzili, xeyir-bərəkətli və ən sonda, insanların xilas olduğu, qurtuluş və şükür günü kimi qəbul olunmalıdır.

http://novruzbayram.blogspot.com/


NOVRUZ BAYRAMINIZ MÜBARƏK !!!

Salamlar!!!Biz bayrama hazırlaşırıq :))...

'

Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir.

Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür.

Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir.

Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdqüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər.

Lakin ümumi belədir ki, Novruzu konkret bi dinlə, etiqadla bağlamaq düzgün deyil.

Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir.

Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.

Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün-Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Bu çərşənbələrdə də xalqımızın adət-ənənələri yaşayır. Novruzda evlər və həyətlər tozdan, çirkdən, zir-zibildən təmizlənir, ev müxəlləfatı silinib yuyulur və səliqəyə salınır. Bahar bayramına 15 gün qalmış buğda və ya mərciməkdən səməni qoyulur, bayram şirniyyatı hazırlanır. Bunları etməklə adamlar yeni ildə bol məhsul götürəcəklərinə ümidlərini ifadə etmiş olurlar. Cavan qız-gəlinlər bayrama xüsusi bir zövqlə hazırlaşır, özlərinə və uşaqlarına yaraşıqlı pal-paltar tikirlər.


[[Изображение:Novruz2007 1.jpg|thumb|right|400 × 408px|Qonaqları gözləyirik!!!:)...

Персональные инструменты
Инструменты
Акция час кода 2018

организаторы проекта