Участник:MisirzadəElvin9a4

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

XOCALI SOYQIRIMI


   Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və qanlı faciəsini Xocalı soyqırmını törətdilər. Bu, ikinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni seperatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin və Rusiyanın  366-cı motoatıcı polkunun əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır.
   Azərbaycan qədim sivilizasiya mərkəzlərindən olan Xocalı şəhəri hələ 1991-ci ilin oktyabr ayından hər tərəfdən düşmən əhatəsində idi. Oktyabrın 30-da avtomobil yolları bağlandıqdan sonra şəhərlə əlaqə saxlamaq yalnız vertolyotla mümkün idi. Sonuncu mülki vertolyotun vurulmasından sonra hava yolları da bağlanmışdı. 1992-ci il yanvarın 2-dən şəhərin elektrik enerjisi də kəsilmişdi. Xocalı əhalinin və onun müdafiəçilərinin iradəsi və dözümü sayəsində yaşaya bilirdi.
 Şəhər əsasən atıcı silahlarla silahlanmış yerli könüllü dəstələr, milis və Milli Ordunun birləşmiş qüvvələri tərəfindən müdafiə olunurdu. Fevvralın ikinci yarısında Xocalı erməni hərbi birləşmələrinin blokadasına alınaraq müntəzəm şəkildə hər gün artilleriya və ağır hərbi texnikadan atəşə tutulurdu.
   Xocalıya hücum edən ermənilər Xankəndindəki 366-cı rus alayının hərbi texnikası ilə silahlanmışdılar. Bu hücum 1992- ci il fevralın 25-i axşam başlandı. Şəhər iki saat tank və BTR-lərdən, eləcə də “Alazan” tipli raketlərdən açılan güclü atəşə tutuldu. Xocalı üç tərəfdən mühasirəyə alındığı üçün, əhalinin yalnız Əsgəran istiqamətində irəliləyib, xilas olmağa can atırdı. Lakin tezliklə aydın oldu ki, bu, bir tələdir. Naxçıvanik kəndi yaxınlığında ermənilər əliyalın, silahsız əhalini fasiləsiz atəşə tutdular. Şaxtalı havada meşələri qət edərək taqətdən düşmüş insanların – uşaqların, qadınların, qocaların çoxlu məhz Əsgəran – Naxçıvanik yolunda erməni qaniçənlərin törətdiyi vəhşiliklərin qurbanı oldular. Ermənilər bu faciədən sonra belə, vertolyotlar vasitəsilə ağ xalat və maskalarda meşələri gəzərək insanları əsir götürməkdən çəkinməmişdilər. O vaxtkı Azərbaycan höküməti isə faciəni xalqdan gilətməyə çalışmışdı.                 


                       Tarix heç nəyi unutmur!


Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral <<Xocalı soyqırımı günü>> elan edilmişdir. Hər il xalqımız fevralın 26-da saat 17:00-da Xocalı şəhidlərinin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad edir. Xocalı əhalisi 48 rayonda qaçqın düşmüş vəziyyətdə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ümüd ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə və beynəlxalq təşkilatlara öz hüquqlarının və ədalətin bərpası üçün çox saylı müraciətlər edir, Xocalı faciəsinin günahkarlarını etnik təmizləmə, Azərbaycan türklərinə qarşı terror faktı kimi ittaham edirlər. Biz də onların səsinə səs veririk. Xocalı soyqırımının təşkilatçıları və icraçıları bəşəriyyətə qarşı ən ağır cinayətlət törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında əsasında mühakimə olunmalıdırlar. Çünki bəşəriyyət XX əsrdə bir çox müdhiş genosid ə etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur. Xocalı isə onların içərisində daha dəhşətlisidir.

Персональные инструменты
Инструменты